İki maddə ilə axtarışda olan şəxs tapılıb

İki maddə ilə axtarışda olan şəxs tapılıb
  25 Fevral 2019    Oxunub:1430
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 ( Oğurluq- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 177.2.2-ci (təkrar törədildikdə) maddələri ilə axtarışda olan İsmayıllı rayon sakini Elçin Məmmədov fevralın 23-də Bakı şəhəri ərazisində saxlanılıb.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, Elçin Məmmədov Qəbələ RPŞ-yə gətirilib və İstintaq bölməsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.


Azvision.az


Teqlər: DİN  





Xəbər lenti