6 maşından oğurluq edənlər tutuldu

6 maşından oğurluq edənlər tutuldu
  25 Fevral 2019    Oxunub:2295
Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə müraciət edən əcnəbi vətəndaş yanvarın 25-də “BMW” markalı avtomobilindən içərisində 1600 manat olan pulqabısının oğurlandığını bildirib.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum olunan M.Mirbabayev saxlanılıb.

Eyni zamanda Binəqədi RPİ-nin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisində “AzSamand”, “Nissan”, “Ford-Transit”, “Daewoo” və “London Taxi” markalı 5 avtomobildən pul, mobil telefon və sənədlər oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini E.İsayev saxlanılıb. Hər iki faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti