Bakıda avtobusun altında qalan qızın xilas edilmə anı - VİDEO

Bakıda avtobusun altında qalan qızın xilas edilmə anı -  VİDEO
  25 Fevral 2019    Oxunub:7500
Ötən gün saat 07:11-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda baş vermiş yol qəzası nəticəsində dayanacaqda dayanmış avtobusun təkərləri arasına düşən 1 nəfər piyadanın xilas olunması üçün müraciət daxil olub.
Azvision.az xəbər verir ki, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə gələrək təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi xilasetmə alət və avadanlıqları vasitəsilə gənc xanımı “Karsan” markalı avtobusun təkərləri arasından çıxarıblar.

Yaralı şəxs xilasedicilər tərəfindən Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib.



Anar Kəlbiyev
Azvision.az




Teqlər: FHN   Xilasedici  





Xəbər lenti