Yanğın zamanı 4 nəfər tüstüdən zəhərlənib - Yenilənib

 Yanğın zamanı 4 nəfər tüstüdən zəhərlənib -  Yenilənib
  25 Fevral 2019    Oxunub:5862
Bakıda yaşayış binasında baş vermiş yanğın nəticəsində tüstüdən zəhərlənən 4 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib.

Səhiyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, onlardan 1 nəfəri 3 aylıq körpə, 26 və 53 yaşlı iki qadın və 43 yaşlı kişidir. Həmin şəxslər Toksikologiya şöbəsinə yerləşdirilib, vəziyyətləri orta ağırdır.
Nazirlikdən bildirilib ki, ümumilikdə 11 nəfərə hadisə yerində tibbi yardım göstərilib. Onlardan 5-i uşaq, 6-sı isə böyükdür.

***
Yanan binadan çıxarılan 10 nəfərə ilkin tibbi yardım göstərilib.

Bu barədə Azvision.az-a Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, onlardan 4-ü uşaq, 6-sı böyükdür. Ciddi xəsarətlər yoxdur.

***
Bakı şəhəri, Şəfaət Mehdiyev küçəsində yerləşən çoxmərtəbəli binada yanğın davam edir. Əraziyə yanğınsöndürən maşınlar, hüquq-mühafizə orqanlarının əməkdaşları, və təcili tibbi yardım maşınları cəlb olunub.

Səhiyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, hadisə yerinə 5 təcili yardım birqadası göndərilib: “İnsanlara ilkin tibbi yardım göstərilib. Hələlik ciddi xəsarət alan yoxdur”.

***
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub, digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Əlavə məlumat veriləcək.​



Aytən Zəhra
Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti