Oğurluğun üstü 4 aydan sonra açıldı

Oğurluğun üstü 4 aydan sonra açıldı
  25 Fevral 2019    Oxunub:1665
Ötən ilin noyabrında Şəmkir Rayon Polis Şöbəsinə rayonun Şiştəpə kəndində yerləşən fermadan naməlum şəxs və ya şəxslərin 43 baş xırda buynuzlu mal-qarasının oğurlanması barədə məlumat daxil olub.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunan və məhkumluğu qanunla müəyən edilmiş qaydada ödənilməmiş Şəmkir rayon Şiştəpə kənd sakini, 30 yaşlı Səfər Nağıyev saxlanılıb.

Dindirilmə zamanı S. Nağıyev törətdiyi oğruluq hadisəsini etiraf edib və oğurladığı qoyunları Gədəbəy rayonu ərazisinədə tanımadığı şəxsə satdığını, əldə etidyi pulu isə xərclədiyini deyib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az



Teqlər: DİN   oğurluq  





Xəbər lenti