Bakıda maşın oğrusu tutulub

Bakıda maşın oğrusu tutulub
  26 Fevral 2019    Oxunub:1559
DİN-in “102 - Zəng Mərkəzi” Xidmətinə müraciət edən Tərtər rayon sakini V.Abbasov fevralın 25-də saat 10 radələrində Nərimanov rayonu ərazisindən “Daewoo” markalı avtomobilinin qaçırıldığını bildirib.
​DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, dərhal 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil qısa müddətdə F.X.Xoski prospektində aşkar edilib.

​Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini C.Əhmədli saxlanılıb. ​Faktla bağlı Nərimanov RPİ-də araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti