Oğurluğa görə daha 5 nəfər tutuldu

Oğurluğa görə daha 5 nəfər tutuldu
  26 Fevral 2019    Oxunub:2347
Bakı ŞBPİ və Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 22-də və 24-də “Bakı Telekom Rabitə” MMC-yə və 5 saylı Rabitə Xidmətləri Mərkəzinə məxsus rabitə kabellərini kəsərək oğurlamağa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini X.Ələkbərov saxlanılıb.
DİN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən rayon ərazisindəki mağazaların birindən 423 manat oğurlamaqda və 1 mağazadan oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Quba rayon sakinləri, əvvəllər məhkum olunmuşlar S.Pənahov və A.Həsənov saxlanılıblar.

Bundan başqa Binəqədi RPİ 5-ci PB-nin əməkdaşları tərəfindən rayon ərazisində 1 avtomobildən 200 manat və 4500 ABŞ dolları oğurlamaqda, 1 avtomobildən isə oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Abşeron rayon sakini E.İsayev saxlanılıb. Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə yanvarın 8-dən fevralın 19-dək olan müddətdə rayon ərazisindəki 2 kafedən və 1 evdən elektrik alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Həsənov saxlanılıb.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti