Xətaidə yanğın olub, 15 nəfər təxliyə edilib

  Xətaidə yanğın olub,    15 nəfər təxliyə edilib
  27 Fevral 2019    Oxunub:2359
Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsindən 7-ci mərtəbəsinə qədər şaxta boyunca kommunikasiya xətləri 15 p.m yanıb, yüksək temperaturdan 4-cü mərtəbəsinin dəhlizinin lambirindən ibarət tavanı 40 m² sahədə əriyib.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib, 15 nəfər (o cümlədən 3 nəfər azyaşlı) bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Kommunikasiya xətlərinin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az




Teqlər: FHN   Yanğın  





Xəbər lenti