25 günün qəza statistikası: 33 ölü, 124 yaralı

   25 günün qəza statistikası:    33 ölü, 124 yaralı
  27 Fevral 2019    Oxunub:1922
Fevral ayının 25 günündə respublikanın avtomobil yollarında 80 yol-nəqliyyat hadisəsi baş verib.

Azvision.az Daxili İşlər Nazirliyinin (DİN) saytında yer alan məlumatlara istinadən xəbər verir ki, qəzalarda 33 nəfər ölüb, 124 nəfər xəsarət alıb.
Qeyd edək ki, yanvar ayında respublikanın avtomobil yollarında 88 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalarda 43 nəfər ölüb, 154 nəfər yaralanıb.

Anar Kəlbiyev
Azvision.az




Teqlər: DİN   Qəza  





Xəbər lenti