Bakıda partlayışda yaralanan ailədən xəbər var

 Bakıda partlayışda yaralanan ailədən xəbər var
  27 Fevral 2019    Oxunub:1951
Bakının Binə qəsəbəsində evdə odun sobasının partlaması nəticəsində yanan 7 yaşlı qız hələ də reanimasiyadadır.

Respublika Yanıq Mərkəzinin rəhbəri Şöhrət Məmmədov Azvision.az -a bildirib ki, hazırda qızın vəziyyəti stabildir.
“Ana və atası ambulator müalicə alır. Qızın vəziyyəti isə getdikcə yaxşılaşır”.

Qeyd edək ki, fevralın 21-də baş vermiş partlayış nəticəsində bir ailənin 4 üzvü xəsarət alıb. 1990-cı il təvəllüdlü Əliyev Sadiq Həsən oğlunun əl, 1994-cü il təvəllüdlü Əliyeva Nargilə Cəmşid qızının isə ayaq nahiyyəsində yanıq xəsarətləri olub. Onların azyaşlı övladı - 2017-ci il təvəllüdlü Əliyev Məhəmməd Sadiq oğlunun bədəninin 80 faizində 3 və 4-cü dərəcəli yanıq xəsarətləri qeydə alınıb, tənəffüs yolları yanıb. Vəziyyəti ağır olduğu üçün dünyasını dəyişib. Qızları 2012-ci il təvəllüdlü Əliyeva Xədicə Sadiq qızınnın isə bədəninin 50-55 faizi yanıb, 3a və 3b dərəcəli yanıq diaqnozu qoyulub.

Aytən Zəhra
Azvision.az




Teqlər: Binə   Partlayış   Qız  





Xəbər lenti