Əmircan sakini heroinlə saxlanılıb

Əmircan sakini heroinlə saxlanılıb
  27 Fevral 2019    Oxunub:2468
Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Əmircan qəsəbə sakini S.Dadaşov saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan çəkisi 795 qramdan artıq heroin aşkar edilərək götürülüb. ​Faktla bağlı cinayət işi başlanılıb.

Azvision.az



Teqlər: DİN   Narkotik  





Xəbər lenti