Narkotiklə tutuldu, oğru olduğu üzə çıxdı

Narkotiklə tutuldu, oğru olduğu üzə çıxdı
  27 Fevral 2019    Oxunub:1546
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş M.Əliyev saxlanılıb.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 485 qram marixuana aşkar edilib. ​Ətrafında aparılmış tədbirlərlə onun şəhər ərazisində “İsuzu” markalı bir avtobusdan fevralın 11-də 30 manat, fevralın 22-də isə 40 manat, habelə fevralın 12-də digər “İsuzu” markalı avtobusdan 30 manat oğurlaması da müəyyən edilib. Araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti