Qaradağda iki nəfəri döyüb, pullarını oğurladılar

Qaradağda iki nəfəri döyüb, pullarını oğurladılar
  27 Fevral 2019    Oxunub:1579
Fevralın 19-da gecə saat 2 radələrində Qaradağ rayonunun Korgöz qəsəbəsi ərazisində Lökbatan qəsəbə sakini R.Nəhmədovun və Sumqayıt şəhər sakini H.Hüseynovun 2 nəfər tərəfindən xuliqanlıq zəminində döyülmələri barədə 10-cu Polis Bölməsinə müraciət daxil olub.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılmış araşdırmalarla həmin şəxslərin H.Hüseynovun 1270 manat pulunu almaları da müəyyən edilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci maddəsi (quldurluq) ilə cinayət işi başlanıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Lökbatan qəsəbə sakinləri Z.İsmayılov, M.Əliyev və Ş.Əliyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar. Z.İsmayılovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun fevralın 16-na keçən gecə H.Hüseynova məxsus Güzdək qəsəbəsindəki daş karxanasından qaynaq aparatı oğurlaması da müəyyən edilib. Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

Azvision.az


Teqlər:





Xəbər lenti