Daha bir piyada ölümü

Daha bir piyada ölümü
  28 Fevral 2019    Oxunub:2119
Fevralın 27-də saat 20 radələrində Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsi ərazisində yerüstü piyada keçidinin altında Bakı şəhər sakini Q.Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini İ.Kərimovu vurub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti