Futbol məktəbindəki yanğın söndürülüb - Yenilənib

 Futbol məktəbindəki yanğın söndürülüb -  Yenilənib
  02 Mart 2019    Oxunub:4072
Bakı şəhərinin Binəqədi rayonunda futbol məktəbinin ərazisində baş vermiş yanğın saat 09:48-də Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu barədə Azvision.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

***
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhərinin Binəqədi rayonunda futbol məktəbində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Azvision.az -a verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. İlkin məlumata görə, məktəbin idman zalının dam örtüyü yanır.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.​

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti