Bu yolda hərəkət müvəqqəti məhdudlaşdırılıb

Bu yolda hərəkət müvəqqəti məhdudlaşdırılıb
  04 Mart 2019    Oxunub:1378
Aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq Bibiheybət məscidindən şəhər istiqamətinə yeni yolla hərəkət müvəqqəti məhdudlaşdırılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin hərəkəti köhnə yol ilə, 20-ci sahə adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru təmin edilib. Məhdudlaşma təmir-bərpa işləri aparılan müddətdə qüvvədə olacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir-bərpa işlərinin aparıldığı müddət ərzində sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Azvision.az


Teqlər: Təmir   Bibiheybət  





Xəbər lenti