Yardımlıda baş verən münaqişə xüsusi nəzarətə götürüldü
İstintaq zamanı hadisə yeri müayinə edilib, maddi sübutlar götürülüb, Bəhruz İsgəndərovun meyiti daxili və xarici müayinə edilib, məhkəmə-tibbi, kompleks məhkəmə-tibbi bioloji və digər ekspertizalar təyin edilib, şahidlərin ifadələri alınmış və digər zəruri istintaq hərəkətləri aparılıb.
İş üzrə Teymur Hüseynov ifadəsində Bəhruz İbrahimovu bıçaqla vurmasını etiraf edib və Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək fevralın 26-da barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs-qətimkan tədbiri seçilib. Rayonun Ləzran kənd sakinlərinin müraciəti nəzərə alınaraq cinayət işinin icraatı Baş Prokurorluğun Ağır cinayətlərə dair istintaq idarəsinə tapşırılıb, Baş Prokurorluq və Daxili işlər Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılaraq rayona ezam ediliblər.
Cinayət işinin istintaqı və həyata keçirilən əməliyyat təhlükəsizliyi Azərbaycan Respublikasının Baş prokuroru və Daxili İşlər naziri tərəfindən xüsusi nəzarətə götürülüb. Hazırda cinayət hadisəsinin bütün iştirakçılarının müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Azvision.az
Teqlər: Baş-prokurorluq DİN