Qadını bıçaqla hədələyən şəxs saxlanıldı

Qadını bıçaqla hədələyən şəxs saxlanıldı
  05 Mart 2019    Oxunub:1696
Quldurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
DİN Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, DİN-in Təhlükəsiz Şəhər Xidməti və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 28-də Masazır qəsəbəsi ərazisində F.Şəfaqətovanı bıçaqla hədələyib qulağındakı 1 cüt qızıl sırğasını quldurluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini H.Əliyev saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti