Göyçay sakini evində yanaraq ölüb

Göyçay sakini evində yanaraq ölüb
  05 Mart 2019    Oxunub:1598
Martın 4-də saat 3 radələrində Göyçay rayonunun Xaqani küçəsində yaşayan B.Niftəliyevin evində yanğın baş verib.
DİN Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb.

Yanğın söndürüldükdən sonra B.Niftəliyevin yanmış meyiti tapılmış, həmin evdə yaşayan qohumu R.Niftəliyeva yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.

Azvision.az



Teqlər: Göyçay   Yanğın  





Xəbər lenti