Narkotik alverçisinin evindən 4,2 kq tiryək çıxdı

Narkotik alverçisinin evindən 4,2 kq tiryək çıxdı
  06 Mart 2019    Oxunub:1561
Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Lənkəran şəhəri ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotikərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Təhməzov saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan tiryək aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evdən isə çəkisi 4,2 kiloqrama yaxın tiryək aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb.

Azvision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti