Bakıda maşınla vurulan piyada ölüb

  06 Mart 2019    Oxunub : 780
Bakıda maşınla vurulan piyada ölüb
Martın 5-də saat 20 radələrində Bakı şəhər sakini T.Poladova idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Qusar rayon sakini A.Həsənbəyovu vurub.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə piyada hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN