Rusiyada cinayət törətdi, Bakıda tutuldu

   Rusiyada cinayət törətdi, Bakıda tutuldu
  08 Mart 2019    Oxunub:1917
Rusiyada axtarışda olan cinayətkar Azərbaycanda saxlanılıb.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 126-cı (adam oğurluğu) və 163-cü (hədə-qorxu ilə tələb etmə) maddələri ilə axtarışda olan Rusiya vətəndaşı F.Balayev saxlanılıb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti