10 kq-a yaxın narkotik dövriyyədən çıxarılıb

10 kq-a yaxın narkotik dövriyyədən çıxarılıb
  08 Mart 2019    Oxunub:1739
Respublikanın daxili işlər orqanları ümumən cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini uğurla və qətiyyətlə davam etdirirlər.
​DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, martın 7-də bu istiqamətdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində çəkisi 10 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, o cümlədən 9 kiloqram marixuana və 1 kiloqrama yaxın heroin götürülərək qanunsuz dövriyyədən çıxarılıb.

Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.

Azvision.az



Teqlər: DİN   Narkotik  





Xəbər lenti