Məcburi köçkünlərin yaşadığı yataqxanada yanğın olub

Məcburi köçkünlərin yaşadığı yataqxanada yanğın olub
  08 Mart 2019    Oxunub:2023
Bakı şəhərinin Yasamal rayonunda məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli yataqxanada yanğın olub.

Azvision.az FHN-ə istinadən xəbər verir ki, binanın birinci mərtəbəsində ümumi sahəsi 15 m² olan 1 otaqlı mənzildə yataq dəsti və pəncərə çərçivəsi yanıb.
Yanğın zamanı 4 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti