Narkotik satmaq istəyən şəxs saxlanılıb

Narkotik satmaq istəyən şəxs saxlanılıb
  09 Mart 2019    Oxunub:1823
Qazax rayonunda narkotik satmaq istəyən şəxs saxlanılıb.
Azvision.az xəbər verir ki, bu barədə DİN-nin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 1965-ci il təvəllüdlü Salman Lələyev saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman 14 qram çəkidə narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

İlkin dindirilmə zamanı S.Lələyev narkotik maddəni Qazax rayonuna satmaq üçün gətirdiyini etiraf edib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az



Teqlər: DİN   Narkotik  





Xəbər lenti