Respublika Narkoloji Dispanserin direktoru Araz Manuçehri-Laleinin verdiyi məlumata əsasən, ötən il 694 nəfər narkoman qeydiyyatdan çıxarılıb: “Narkotik istifadəçiləri arasında 626 nəfəri qadınlar təşkil edir. Onların 480 nəfəri dispanser, 146 nəfəri profilaktik qeydiyyatdadır. Son bir il ərzində 1500 nəfər yeni narkotik istifadəçisi qeydə alınıb. Narkotik istifadəçiləri arasında 25-45 yaş arası olanlar daha çox üstünlük təşkil edir, 15-17 yaşlılar arasında 9 nəfər qeydiyyata alınıb. Onların 5-i dispanser qeydiyyatındadır”.
Direktorun dediyinə görə, bəzi narkotik istifadəçilərin müalicədən sonra yenidən pis vərdişlərə aludə olmaması üçün dispanserdə reabilitasiya şöbəsi yaradılıb. Şöbədə təşkil olunan ən müxtəlif idman məşğələləri, dil və maraq kursları narkotik istifadəçilərini bu zərərli vərdişdən uzaqlaşdırmağa xidmət edir.
Azvision.az