Sumqayıt sakini əmisini qətlə yetirib

Sumqayıt sakini əmisini qətlə yetirib
  09 Mart 2019    Oxunub:1924
Martın 7-də Abşeron rayon sakini Namiq Şıxməmmədovun Xırdalan şəhəri Gənclər şəhərciyindəki evində yanğın baş verib.
DİN Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə 10 kvm sahədə yanar konstruksiyalar yanıb, yanğın söndürüldükdən sonra N.Şıxməmmədovun yanmış meyiti tapılıb. Əsaslı şübhələr yarandığından faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Aparılan tədbirlərlə N.Şıxməmmədovun evinə qonaq gəlmiş qardaşı oğlu Sumqayıt şəhər sakini Məzahir Şıxməmmədov tərəfindən münaqişə zəminində küt alətlə baş nahiyəsinə vurularaq qətlə yetirilməsi və mənzilinin yandırılması müəyyən edilib. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində M.Şıxməmmədov saxlanılıb.

Azvision.az



Teqlər: DİN   Yanğın  





Xəbər lenti