Yüksək dağlıq ərazilərdə qarölçmə işləri aparılır

   Yüksək dağlıq ərazilərdə qarölçmə işləri aparılır
  09 Mart 2019    Oxunub:1462
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mütəxəssisləri tərəfindən ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi, su resurslarının qiymətləndirilməsi məqsədilə Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərində qarölçmə işlərinin aparılması üçün ekspedisiya təşkil olunub.
Nazirliyin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, hazırda ekspedisiya üzvləri Kiçik Qafqazın Gəncəçay mənbəyi və Qoşqar dağının ətəyində qarölşmə işləri aparırlar.

Qeyd edək ki, ekspedisiya Azərbaycan Respublikası Prezidentinin 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin suvarma suyuna olan tələbatın öyrənilməsi, suvarma suyu ilə təminatın yaxşılaşdırılması bəndlərinə uyğun olaraq təşkil edilib.

Azvision.az



Teqlər: ETSN  





Xəbər lenti