Nazirlik 53145 ağac əkib

Nazirlik 53145 ağac əkib
  11 Mart 2019    Oxunub:1438
“Bu yaz özün bir təbiət yarat!” devizi altında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən respublikanın rayonlarında da yaz ağacəkmə aksiyaları keçirilib.
ETSN-dən Azvision.az -a verilən məlumata görə, Qəbələ, Quba, Şabran, Tovuz, Bərdə, Ağcabədi, Sabirabad və Lənkəran rayonlarında keçirilən aksiyalarda Nazirliyin Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən ümumilikdə 108,5 hektar ərazidə 53145 ədəd müxtəlif meyvə və meşə cinsli ağac əkilib.

Yaz ağac əkini aksiyaları respublikanın digər rayonlarında da davam etdirilir.

Azvision.az



Teqlər: ETSN   Ağac  





Xəbər lenti