Evdən 62 yaşlı kişinin meyiti tapıldı

Evdən 62 yaşlı kişinin meyiti tapıldı
  11 Mart 2019    Oxunub:1252
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1957-ci il təvəllüdlü Kərimov Elzibar Namaz oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.

Azvision.az




Teqlər: Bakı   FHN  





Xəbər lenti