Təyyarəyə "bomba" qoyan şəxs saxlanıldı

Təyyarəyə "bomba" qoyan şəxs saxlanıldı
  11 Mart 2019    Oxunub:2015
“Ural Hava Yolları” şirkətinə məxsus Airbus "A321" təyyarəsinin Bakıda məcburi eniş etməsinin bəzi təfərrütatları məlum olub.
Azvision.az xəbər verir ki, bu barədə "İnterfaks" mənbəyə istinadən məlumat yayıb. Bildirilib ki, təyyarədə bomba olması barədə qeyd ayaq yoluna 35d oturacağında əyləşən sərnişin tərəfindən qoyulub.

Hazırda həmin şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Hava gəmisində ehtimal olunduğu kimi partlayıcı qurğu aşkar olunmayıb.

Aytən Zəhra
Azvision.az



Teqlər: AZAL   təyyarə   bomba  





Xəbər lenti