Prezident BDU-ya rektor təyin etdi

Prezident BDU-ya rektor təyin etdi
  11 Mart 2019    Oxunub:14914
Prezident İlham Əliyev Elçin Babayevin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, sərəncamla Elçin Səfəralı oğlu Babayev Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru vəzifəsindən azad edilib.

Prezidentin digər sərəncamı ilə Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru təyin edilib.



Qeyd edək ki, E.Babayev 4 aprel 1965-ci ildə Naxçıvan şəhərində anadan olub. Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktorudur. E.Babayev həm də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər direktor müavini vəzifəsində çalışır.

Azvision.az


Teqlər: İlham-Əliyev   BDU   Rektor  





Xəbər lenti