Abonentlərin sayı 2,2 milyonu ötüb - “Azəriqaz”

Abonentlərin sayı 2,2 milyonu ötüb -    “Azəriqaz”
  11 Mart 2019    Oxunub:1872
Bu ilin yanvar-fevral aylarında birlikdə əhali sektoru üzrə 21 min 575 yeni abonent qeydiyyata alınıb. Bunun da 8 min 858-i Bakı, Abşeron və Sumqayıt, 12 min 717-si isə regionlar üzrədir.
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən Azvision.az -a verilən məlumatına görə, yeni abonentlərin sayının artmasına abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması səbəb olub.

Bundan başqa, Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində görülən məqsədyönlü işlər öz müsbət nəticəsini göstərib. Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 208 min 87-yə çatıb.

Azvision.az



Teqlər: SOCAR  





Xəbər lenti