Daha bir nazirlik canlı yayıma qoşulur

   Daha bir nazirlik canlı yayıma qoşulur
  12 Mart 2019    Oxunub:1738
2019-cu il 12 mart tarixində saat 11.00-dan etibarən Fövqəladə Hallar Nazirliyinin Facebook sosial şəbəkə səhifəsində “Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydaları” mövzusunda birbaşa sual-cavab təşkil olunacaq.
Azvision.az xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqə idarəsinin əhalinin maarifləndirilməsi işinin təşkili şöbəsinin baş zabiti Gülçin Mehdiyevanın moderatorluq edəcəyi canlı efirdə suallar Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin rəisi Elnur Babayev tərəfindən cavablandırılacaq.

Facebook üzərində canlı yayımda iştirak etmək istəyən şəxslər qeyd edilən vaxtda Fövqəladə Hallar Nazirliyinin “Facebook” sosial şəbəkəsindəki səhifəsinə daxil olub suallarını verə bilərlər. Yayımda ancaq mövzuya dair suallar cavablandırılacaq.

Azvision.az



Teqlər: FHN  





Xəbər lenti