BMT Baş katibinin köməkçisi Bakıya gəlir

  12 Mart 2019    Oxunub : 662
BMT Baş katibinin köməkçisi Bakıya gəlir
Bu gün Birləşmiş Millətlər Təşkilatının Baş katibinin köməkçisi, BMT-nin İnkişaf Proqramının rəhbərinin müavini və BMTİP-in Avropa və Müstəqil Dövlətlər Birliyi üzrə Regional Bürosunun direktoru xanım Miryana Spolyariç Egger Azərbaycana gələcək.
Azvision.az xəbər verir ki, xanım Egger Cənubi Qafqaza rəsmi səfəri çərçivəsində Azərbaycanda olacaq. Üç gün davam edəcək səfər zamanı Miryana Spolyariç Egger bir sıra tədbirlərin açılışında iştirak edəcək.

Azvision.az

Teqlər: BMT