Bakıya təcili enən təyyarə Moskvaya yola salındı - Yenilənib

Bakıya təcili enən təyyarə Moskvaya yola salındı -  Yenilənib
  12 Mart 2019    Oxunub:5614
Ötən gün Bakıya təcili eniş edən “Uralskiye Avialinii” aviaşirkətinə məxsus “Aerobus 321” tipli təyyarə Moskvaya yola salınıb.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski Azvision.az -a bildirib ki, artıq təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxıb.
***
(09:42)

Ötən gün Bakıda təcili eniş edən “Uralskiye Avialinii” aviaşirkətinə məxsus “Aerobus 321” tipli təyyarə hələ Moskavaya yola salınmayıb.

Bu barədə Azvision.az -a “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib. Onun sözlərinə görə, təyyarə yaxın saatlarda yola düşəcək.

"Təyyarənin sərnişinlərinin hamısı oteldə qalıblar. Həmin şəxslərdən başqa təyyarə ilə Moskvaya gedən olmayıb"-, deyə P.Kəsəmənski vurğulayıb.

Qeyd edək ki, Bəhreyndən Moskvaya uçan “Ural Hava Yolları” aviaşirkətinə məxsus təyyarə dünən Bakı vaxtı ilə saat 14:56 dəqiqədə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib. Həyəcan siqnalı ilə hava limanının bütün qəza-xilasetmə xidmətləri hazır vəziyyətə gətirilib. Təyyarədə, ekipaj üzvləri daxil olmaqla, 225 nəfər olub.

Aytən Zəhra
Azvision.az


Teqlər: Təyyarə   Bakı  





Xəbər lenti