Raket bölmələri təlimə cəlb edilib - Fotolar+VİDEO

Raket bölmələri təlimə cəlb edilib -    Fotolar+VİDEO
  12 Mart 2019    Oxunub:2236
Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin cəlb edilməsi ilə keçirilən təlimlər davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, keçirilən genişmiqyaslı təlimin niyyətinə uyğun olaraq əməliyyat-taktiki raket bölmələri daimi dislokasiya məntəqələrini həyəcan siqnalı ilə tərk edərək təyin edilən marşrutlarla marş keçiriblər.
Start mövqelərini tutan bölmələr planlı və plandan kənar şərti düşmən hədəflərinə raket zərbələrinin endirilməsi üzrə döyüş şəraitinə maksimal şərtlərdə tapşırıqları icra edir.








Azvision.az



Teqlər: MN   Ordu   Təlim  





Xəbər lenti