3 yaşa qədər uşaqlara verilən müavinətin artırılmasına baxılacaq
Komitə sədri qeyd edib ki, hazırda minimum əməkhaqqı, əmək pensiyası, müavinətlər, tələbələrin təqaüdləri artırılıb: “Bu islahatlar xalq tərəfindən yüksək qiymətləndirilir. Prezident İlham Əliyevin tapşırığına əsasən, 3 yaşa qədər uşaqlara verilən müavinətin artırılması məsələsinə baxılacaq”.
H.Rəcəbli bildirib ki, bəzən bununla bağlı məsələlər mətbuatda fərqli təqdim olunur: “Bu, düzgün deyil. Hamı bilməlidir ki, sosial məsələlər dövlətin diqqət mərkəzindədir”.
Elvin Abdulqədirov
Azvision.az
Teqlər: Hadi-Rəcəbli