Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək

  Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək
  12 Mart 2019    Oxunub:2224
Azərbaycanda əlilliyi olan şəxslərin dövlət peşə təhsili müəssisələrində təhsil haqqı dövlət büdcəsi hesabına ödəniləcək.

Azvision.az xəbər verir ki, bununla bağlı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik edilir.
Qanunun 20-ci (Əlilliyi olan şəxslərin təhsili və peşə hazırlığı) maddəsinə edilən dəyişikliyə əsasən, əlilliyi olan şəxslərin dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Təhsil   Əlil  





Xəbər lenti