Qarabağda erməni əsgər ölüb

  12 Mart 2019    Oxunub : 528
 Qarabağda erməni əsgər ölüb
İşğal altında olan Qarabağda erməni əsgər ölüb.
Azvision.az Ordu.az-a istinadən xəbər verir ki, bu gün saat 06:50 radələrində işğal altında olan Qarabağın şimal-şərq istiqamətində yerləşən qanunsuz hərbi hissənin döyüş mövqeyində 2000-ci il təvəllüdlü erməni əsgər Karen Artak Karapetyan ölü tapılıb.

Erməni əsgərin ölüm səbəbi açıqlanmır. Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: Qarabağ