Genişmiqyaslı təlimlərin planına uyğun olaraq döyüş tapşırıqlarının aydınlaşdırılması və vəziyyətin qiymətləndirilməsi məqsədilə real şəraitdə ərazinin kəşfi aparılıb.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, təlimlərin cəlb olunan birlik, birləşmə və digər qoşun növlərinin vəzifəli şəxslərinin məruzələri dinlənilib, təlimdə iştirak edən qoşunların qəbul olunan qərara uyğun tətbiqi üzrə tapşırıqlar dəqiqləşdirilib.