Genişmiqyaslı təlimlərin planına uyğun olaraq, döyüş tapşırıqlarının aydınlaşdırılması və vəziyyətin qiymətləndirilməsi məqsədilə real şəraitdə ərazinin kəşfi aparılıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, təlimlərin cəlb olunan birlik, birləşmə və digər qoşun növlərinin vəzifəli şəxslərinin məruzələri dinlənilib. Təlimdə iştirak edən qoşunların qəbul olunan qərara uyğun tətbiqi üzrə tapşırıqlar dəqiqləşdirilib.