“Azərbaycan ordusu hərbi təlimlər keçirməklə kimlərisə qorxutmaq istəmir”.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib. Vitse-spiker qeyd edib ki, hərbi təlimlər Ali Baş Komandan tərəfindən təsdiq olunan plan əsasında həyata keçirilir:
“Azərbaycan suveren dövlətdir və nə vaxt istəsə hərbi təlimlər keçirə bilər. Bu, bizim suveren hüququmuzdur. Biz bu təlimləri keçirməklə kimlərisə qorxutmaq istəmirik. Ermənistan Azərbaycanın iqtisadi və hərbi gücünü, ölkə rəhbərinin siyasi iradəsini bilir. Digər tərəfdən Ermənistan hər zaman qorxuda, təzyiq altında olmalıdır. Çünki, işğalçıya hər zaman təzyiq göstərilməlidir”, - deyə Z.Əsgərov vurğulayıb.
Elvin Abdulqədirov
Azvision.az