“Meyitlərdən orqanların götürülməsini Koordinasiya Mərkəzi həyata keçirməlidir” - Agentlik rəsmisi
O, bildirib ki, transplantasiya üçün nəzərdə tutulan orqanların və toxumaların daşınması işinə xüsusi lisenziyası olan müəssisələr cəlb edilməlidir və bu daşınma xüsusi ixtisaslaşma tələb etdiyi üçün orqan, toxumaların daşınması üçün lisenziya olmalıdır.
Agentlik rəsmisi qeyd edib ki, qanun layihəsinə canlı donorun orqanlarının və toxumalarının hər hansı ödəniş əsasında verilməsinin qadağan edilməsi barədə bənd əlavə edilməlidir: “Qanunda orqanların alqı-satqısının qadağan edildiyi qeyd edilib. Amma sırf canlı donorun orqanlarının götürülməsi və qaydalarında qeyd edilməlidir ki, ödənişin aparılması qadağandır. Bundan başqa, belə bir bənd əlavə edilsin ki, canlı donorların sağlamlığının əməliyyatdan sonrakı bərpası və reabilitasiyası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin”.
Ş.İsmayılova əlavə edib ki, qanun layihəsində gözün buynuz qişasının və digər dəyişikliyə uğramayan toxumaların icazə və vəsiyyət olmadan götürülməsi məsələsi yer alıb: “Bu, nə dərəcədə düzgündür? Məncə, bu bəndə yenidən diqqət yetirmək lazımdır”.
Elvin Abdulqədirov
Azvision.az
Teqlər: Agentlik