Birinci vitse-prezident Sarkozi ilə görüşüb - FOTO

  Birinci vitse-prezident Sarkozi ilə görüşüb -  FOTO
  12 Mart 2019    Oxunub:2775
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 12-də Parisdə Fransa Respublikasının sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb.
Azvision.az xəbər verir ki, görüşdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Parisə səfərindən məmnunluq ifadə olundu. Bu səfərin Fransa-Azərbaycan əlaqələrinin inkişafına töhfə verdiyi bildirildi.

Söhbət zamanı ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu.



Azvision.az


Teqlər: Mehriban-Əliyeva   Paris  





Xəbər lenti