"CinemaPlus"-da “Çat Kapı aşk”

"CinemaPlus"-da “Çat Kapı aşk”
  12 Mart 2019    Oxunub:1511
Martın 11-də “CinemaPlus Gənclik Mall” kinoteatrında “Cinemazadeh” istehsalı olan və Turkiyədə çəkilmiş “Çat Kapı Aşk” romantik filmin mətbuat konfransı keçirilib
Azvision.az xəbər verir ki, mətbuat konfransında Türkiyənin məşhur aktyorları Müge Boz, Nergis Kumbasar, azərbaycanlı aktyor Elməddin Cəfərov və filmin baş prodüseri Cəfər Axundzadə iştirak ediblər.

Filmin rejissoru Erhan Baytimur, ssenari müəllifləri Deniz Güney və Nesrin Zamur, operatoru isə Ömer Yılmazdır. Ekran işinin bəstəkarı Rüstəm Zeynallıya, musiqi tərtibatı isə Aynur Axundzadə məxsusdur.

Rollarda Jess Molho, Müge Boz, Nergis Kumbasar, İbrahim Selim, Elməddin Cəfərov və başqaları çəkiliblər.



Qısa məlumat: Bir gün həyatının sevgisi ilə qovuşacağına inanan gənc heykəltəraş qız Su (Müge Boz), onunla bir binada yaşayan, daima özünü narahat hiss edən və bu narahatlığına müxtəlif yollarla son qoymağa çalışan vəkil Arasla (Jess Molho) rastlaşır və ona aşiq olur. Arasla Sunun arasında məhəbbət macərası yaşansa da, onların bir yerdə olmasına ciddi əngəllər var. Aras problemləri həll etməyənə qədər Su ilə münasibətdən qaçmağa çalışır. Həmin binada guya ki, qapıçı işləyən, əslən azərbaycanlı Nəriman isə (Elməddin Cəfərov) tamam başqa bir məqsəd güdür və o, Sudan kömək istəməyə məcbur olur.

Film martın 7-dən etibarən Azərbaycan, Türkiyə və Avropa kinoteatrlarında numayiş olunur.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sizi sevindirməyə hazırdır.

Azvision.az



Teqlər: Film  





Xəbər lenti