Nazirliyin Media və kommunikasiya mərkəzindən
Azvision.az -a verilən məlumata görə, məqsəd kassa aparatları sahəsində şəffaflığın təmin olunmasıdır. Nazirliyin informasiya sistemi və onlayn kassa aparatı arasında məlumat mübadiləsi onlayn rejimdə həyata keçiriləcək. Nəticədə nazirliyin sistemində vergiödəyicilərinin əməliyyat məlumatları daha düzgün olacaq və bu, satış mühasibatında şəffaflığı artıracaq. Bundan əlavə, kassa aparatları üzrə texniki tələblərə yenidən baxılması planlaşdırılır və bu sahədə dünya təcrübəsi araşdırılır.
Qaydalar hazırlanandan və meyarlar müəyyənləşdirildikdən sonra elektron kassalara keçidin necə baş verəcəyi, bunun kütləvi və ya mərhələli şəkildə olacağı Nazirlər Kabineti tərəfindən müəyyənləşdiriləcək.
Azvision.az