Zakir Həsənov tonqaldan tullandı, əsgərlərlə rəqs etdi - VİDEO+FOTOLAR

  Zakir Həsənov tonqaldan tullandı, əsgərlərlə rəqs etdi -  VİDEO+FOTOLAR
  13 Mart 2019    Oxunub:9879
General-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Yel çərşənbəsini təlimlərdə iştirak edən hərbi qulluqçularla birgə keçirib.
Azvision.az nazirliyə istinadən xəbər verir ki, xalqımızın milli-mənəvi dəyərlərini özündə əks etdirən və qədim ənənələrimizdən olan Novruz bayramı ərəfəsində şəxsi heyətlə görüşən müdafiə naziri bayram şənliyində iştirak edib, tonqal ətrafında toplaşan əsgər və zabitlərlə söhbət edib.



Görüşdə daima dövlətimizin diqqət və qayğısı ilə əhatə olunduqlarını vurğulayan hərbi qulluqçular, döyüş hazırlığının, sosial-məişət şəraitinin, mənəvi-psixoloji vəziyyətin, döyüş ruhunun yüksək olduğunu və torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə Ali Baş Komandanın döyüş əmrinə hər an hazır olduqlarını bildiriblər.











Azvision.az



Teqlər: Müdafiə-Nazirliyi   Çərşənbə   Bayram   Zakir-Həsənov  





Xəbər lenti