Prezident yaradıcılıq ittifaqları və birliklərinə pul ayırdı - Siyahı

 Prezident yaradıcılıq ittifaqları və birliklərinə pul ayırdı -  Siyahı
  13 Mart 2019    Oxunub:3496
Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də yaradıcılıq ittifaqları və birliklərinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, Sərəncama əsasən Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Yazıçılar Birliyinə 800 (səkkiz yüz) min manat, Azərbaycan Bəstəkarlar İttifaqına 650 (altı yüz əlli) min manat, Azərbaycan Rəssamlar İttifaqına 350 (üç yüz əlli) min manat, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına 300 (üç yüz) min manat, Azərbaycan Memarlar İttifaqına 250 (iki yüz əlli) min manat, Azərbaycan Teatr Xadimləri İttifaqına 250 (iki yüz əlli) min manat və Azərbaycan Aşıqlar Birliyinə 250 (iki yüz əlli) min manat ayrılıb.

Sərəncamda vurğulanır ki, Azərbaycan Respublikasında dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən yaradıcılıq ittifaqları və birlikləri milli ədəbiyyatın və ana dilinin inkişafında, xalqımızın zəngin musiqi irsinin dünyada geniş miqyasda tanıdılmasında, teatr, kino və aşıq sənəti ənənələrinin qorunub saxlanılması və təbliğində fəal iştirak edir. Ölkənin mədəni həyatında və ədəbi-ictimai fikrin formalaşmasında, habelə Azərbaycanda mədəniyyətin, incəsənətin təbliğində, memarlığın inkişafında yaradıcı kollektivlərin rolu əvəzsizdir.

Azvision.az



Teqlər: İlham-Əliyev  





Xəbər lenti