Qarölçmə işləri Zəyəmçay hövzəsində davam etdirilir - FOTO

Qarölçmə işləri Zəyəmçay hövzəsində davam etdirilir -    FOTO
  14 Mart 2019    Oxunub:2208
Ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi, su resurslarının qiymətləndirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mütəxəssisləri tərəfindən Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərində qarölçmə işləri davam etdirilir.
Hazırda ekspedisiya üzvləri Kiçik Qafqazın Zəyəmçay hövzəsinin 1600 m hündürlüyündə qarölçmə işləri aparır.

Xatırladaq ki, ekspedisiya Azərbaycan Respublikası Prezidentinin 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin suvarma suyuna olan tələbatın öyrənilməsi, suvarma suyu ilə təminatın yaxşılaşdırılması bəndlərinə uyğun olaraq təşkil edilib.





Azvision.az



Teqlər: ETSN  





Xəbər lenti